Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə mütəxəssis.

Unibank Kommersiya Bankı, kiber hücumların simulyasiyası üzrə mütəxəssis axtarır. Kiber təhlükəsizlik sahəsində müasir metodlarla boşluqları aşkar etmək və simulyasiya testləri həyata keçirmək üçün müraciət edin.

Oct 14, 2024 - 12:42
Oct 14, 2024 - 12:46
 0
Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə mütəxəssis.
Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə mütəxəssis.

Təsvir

  • Təşkilatın veb tətbiqlərinin və servislərinin təhlükəsizlik boşluqlarına qarşı sınaqlarını keçirmək;
  • Təşkilatın mobil tətbiqlərinin təhlükəsizlik boşluqlarını periodik olaraq sınaqdan keçirmək;
  • Kompüter və serverlərin təhlükəsizlik boşluqlarını davamlı sınaqdan keçirmək;
  • Aşkar edilən boşluqlar haqqında bilgiləndirici reportlar hazırlamaq;
  • Periodik simulyasiya testləri həyata keçirmək;
  • Şəbəkə və bulud cihazlarının təhlükəsizlik boşluqlarını sınaqdan keçirmək;
  • Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqları aşkar etmək;
  • Simsiz və simli şəbəkələri şəbəkə hücumlarına qarşı sınamaq;
  • Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərinin dayanıqlığını sınaqdan keçirmək.

Tələblər

  • Ali Təhsil (İnformasiya Texnologiyaları, İnformasiya/Kiber Təhlükəsizliyi, Kompüter Elmləri);
  • Magistr dərəcəsinə üstünlük veriləcək;
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür);
  • Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsində minimum 1 illik iş təcrübəsi;
  • "PoC exploit" tərtibatı bacarığı;
  • Testinq alətləri (Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s.) ilə təcrübə biliyi üstünlükdür;
  • Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi;
  • Boşluqların bağlanılmasına dair nəzarət etmə bacarığı;
  • Qərarvermə qabiliyyəti;
  • Peşəkar Sertifikatlara üstünlük verilir (OSCP, OSWP, OSEP, OSED, Comptia Security+, CEH və s.);
  • Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı.

Müraciət

Müraciət üçün son tarix: Noyabr 10, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow