Unibank vakansiya: Verilənlər üzrə Biznes analitik (Data Business Analyst).
Unibank Kommersiya Bankında Verilənlər üzrə Biznes Analitik (Data Business Analyst) vakansiyası üçün müraciət edin. Data analitikası, data elmi, SQL və analitik bacarıqlara malik olan şəxslər axtarılır. Tam ştat iş imkanı ilə tanış olun!
Təsvir:
- İdeyaların prototipini hazırlamaq, data elmi və data analitikası sahələrində təcrübələr aparmaq;
- Kritik biznes problemləri həll etməyə kömək edən data əsaslı həllər dizayn etmək;
- Şirkət ehtiyaclarını daha yaxşı başa düşmək və yeni və ya mövcud data axınlarından istifadə edərək məhsulları artırmaq və ya inkişaf etdirmək üçün yeni təkliflər vermək;
- Trendləri və qanunauyğunluqları tapmaq üçün iri həcimli datanı təhlil etmək;
- Mühəndislik və məhsul inkişaf şöbələri ilə əməkdaşlıq etmək;
- Data vizualizasiya üsullarından istifadə edərək məlumat təqdim etmək;
- Biznes problemlərinə həll yolları və strategiyaları təklif etmək.
Tələblər:
- Kompüter elmləri, statistika, informasiya sistemləri üzrə bakalavr dərəcəsi;
- Data elmi və ya analitik rollarda 2+ il təcrübə;
- SQL üzrə müəyyən biliklər;
- Python üzrə biliklər arzuolunandır;
- Güclü riyazi və analitik bacarıqlar;
- Statistik metodlar və konsepsiyalar haqqında güclü bilik;
- İT və Biznes şöbələri ilə əməkdaşlıq etmək üçün güclü ünsiyyət bacarıqları;
- Məqsədyönlü və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- İngilis və Azərbaycan dili biliyi, Rus dili arzu olunandır.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 19, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Verilənlər üzrə Biznes analitik (Data Business Analyst) vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?