Azərbaycan Hava Yolları vakansiya: Aparıcı İT Biznes Analitik/ E-commerce department.
"Azərbaycan Hava Yolları" QSC-də Aparıcı İT Biznes Analitik vakansiyası! E-commerce sahəsində işləmək və biznes analitika üzrə təcrübə qazanmaq istəyənlər üçün əla fürsət.
İŞİN MƏZMUNU
- Məhsul sahibi ilə sıx əməkdaşlıq edərək, məhsulun yol xəritəsinin və xüsusiyyətlərinin müəyyən edilməsi;
- Məhsul tələblərindəki dəyişiklikləri təhlil etmək və icrasını təmin etmək;
- Funksional tələblərin müəyyənləşdirilməsi, proses axınlarının yaradılması və sənədlərin hazırlanması;
- Proqramlaşdırma, testləşdirmə və məhsul dizaynı ilə bağlı komanda üzvləri ilə koordinasiya edərək layihələrin icrası;
- Hazırlanmış tələblərin (user story-lərin) komanda üzvlərinə anlaşılan formada çatdırılması, test case-lərin yazılması və istifadəçi qəbul testlərinin (user acceptance tests) keçirilməsi;
- Mövcud proseslərin təhlili və məhsulların keyfiyyətinin artırılması üçün boşluqların müəyyənləşdirilməsi;
- Bazarda araşdırmalar apararaq məhsulun inkişafını və yeni məhsulların hazırlanmasını təmin etmək;
- Məhsul datasını təhlil edərək təkliflər vermək.
TƏLƏBLƏR
- İş təcrübəsi: Biznes analitik sahəsində minimum 2 il iş təcrübəsi;
- Təhsil/ixtisas: İqtisadiyyat, Maliyyə, Menecment, İT və ya oxşar sahə üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – orta səviyyədə;
- Üstünlüklər:
- Biznes analitika üzrə sertifikasiyalar;
- Xarici vendorlarla işləmək təcrübəsi;
- Texniki tapşırıqların yazılması təcrübəsi;
- Web servislərlə işləmə bacarığı və Swagger, Postman üzrə təcrübə;
- Kompüter bilikləri: MS Office, MS Visio;
- Layihə idarə etmə sistemləri ilə təcrübə;
- Məhsul analitikası və data ilə işləmə bacarığı.
VAKANSİYA ŞƏRTLƏRİ
- Son müraciət tarixi: 14 dekabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Digər
- İş yeri: Azərbaycan
What's Your Reaction?