VİP Xidmətlər Qrupu vakansiya: Keyfiyyət üzrə inspektor axtarılır.
"VIP Xidmətlər Qrupu" MMC, Heydər Əliyev Beynəlxalq Hava Limanında keyfiyyət üzrə inspektor vakansiyası təqdim edir. 25-35 yaş arası, aviasiya və ya turizm sahəsində ali təhsilli, keyfiyyətə nəzarət sahəsində təcrübəli mütəxəssislər axtarılır.
Vəzifə öhdəlikləri:
- Təqdim edilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunun yoxlanılması məqsədilə auditlərdə iştirak etmək;
- Keyfiyyət üzrə problemləri müəyyən etmək və həll etmək üçün məlumatları təhlil edərək təkliflər vermək;
- Prosedur qaydalarına və standartlara uyğunluğun təmin edilməsi üçün siyasətlərin hazırlanması və həyata keçirilməsi;
- Keyfiyyət problemlərini rəsmiləşdirərək, şirkət rəhbərliyinə çatdırmaq;
- Auditlərdə iştirak etmək və işin keyfiyyətini artırmaq məqsədilə təkliflər vermək;
- Xidmətin keyfiyyətinin yoxlanılması üzrə cədvəlinə uyğun yoxlama vərəqələrini hazırlamaq;
- Kamera görüntülərinə baxılaraq aşkar olunan uyğunsuzluqlara dair raport hazırlamaq;
- Şirkətlərlə auditlərin keçirilməsi üzrə cədvəlinə uyğun auditlərdə iştirak etmək;
- Aviaşirkətlər, korporativ müştərilər və fiziki şəxslərlə əlaqə saxlayaraq xidmətin keyfiyyətini müəyyən etmək və məmnunluğu yoxlamaq.
Tələblər:
- Yaş: 25-35;
- Ali təhsil (aviasiya və ya turizm sahəsində üstünlük);
- MS Office proqramları (Word, Excel, Outlook) bilikləri;
- İSO 9001 standartlarının tələblərini bilməsi arzuolunandır;
- Keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi olmalıdır;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri (B1).
Əmək şəraiti:
- Əmək haqqı: Gross 850 AZN;
- İş rejimi: 5 günlük (09:00-18:00);
- Nəqliyyat və naharla təmin etmə;
- Peşəkar inkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar.
Keyfiyyət üzrə inspektor vakansiyası ilə maraqlananlar CV-lərini VİP Xidmətlər Qrupu-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 17 oktyabr 2024 il.
What's Your Reaction?