VTB Bank vakansiya: Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi.
Bank VTB (Azərbaycan) Hesablaşma-Ödəniş Əməliyyatlarının Müşayiəti Şöbəsinə mütəxəssis axtarır. Müştəri hesablarındakı ödəniş əməliyyatlarının idarə edilməsi, vergi sərəncamlarının icrası və müxbir hesablarla əlaqəli əməliyyatların aparılması üçün iş təcrübəsi olan namizədlər müraciət edə bilər. İşlə bağlı ətraflı məlumat üçün elana daxil olun.
İş Təsviri
Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi olaraq, əsas vəzifələriniz aşağıdakılardır:
- Bankın müxbir hesabına daxilolmalar üzrə avtomatlaşdırılmış bank sistemində (ABS) müştəri hesablarında vəsaitlərin əks etdirilməsi;
- Bankla kontragentlər arasında qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, təcili köçürmələr və kommunal ödənişlər üzrə əməliyyatların aparılması;
- Vergi sərəncamlarının icrası və emalı, qanunvericiliyin tələblərinə riayət edilməsi;
- Hesablaşma-ödəniş əməliyyatları və naməlum məbləğlər üzrə araşdırmaların aparılması;
- LORO və NOSTRO müxbir hesabları üzrə hesablaşmaların aparılması və qalıqların gündəlik tutuşdurulması;
- SWIFT, XÖHKS, və AZİPS sistemlərində əməliyyatların aparılması üçün zəngin biliklərə sahib olmaq;
- LORO hesabları üzrə çıxarışların yığılması və verifikasiyası;
- Konvertasiya və dilinq əməliyyatları üzrə hesablaşmaların aparılması (MT3** formatları);
- DSMF vergi sərəncamları ilə bağlı balansdankənar mühabirləşmələrin yığılması və verifikasiyası;
- Audit yoxlamaları ilə bağlı Bankın və digər bankların sorğularına cavabların hazırlanması.
Namizəddən Tələblər
İdeal namizədin aşağıdakı keyfiyyətlərə sahib olması gözlənilir:
- İqtisadiyyat, maliyyə və ya oxşar sahələrdə ali təhsil;
- Bank sektorunda minimum 2 illik iş təcrübəsi (Əməliyyat departamentində profil üzrə təcrübəyə üstünlük verilir);
- Rus dilində səlis danışıq qabiliyyəti, ingilis dilində biliklər üstünlükdür;
- Hesablaşma-ödəniş əməliyyatlarını icra etmək üçün müvafiq bank proqramlarına bələd olmaq;
- Bank qanunvericiliyi və normativ aktlar üzrə yaxşı biliklər.
İmtiyazlar
- Könüllü tibbi sığorta;
- Performansdan asılı olaraq bonuslar.
Vakansiya ilə bağlı məlumatlar
Son müraciət tarixi: 16 dekabr 2024
Vakansiya növü: Tam ştat
Vakansiya kateqoriyası: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?