Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi.

Xalq Bank Layihələrin İdarə Edilməsi Şöbəsinə mütəxəssis axtarır. Əgər layihə idarəçiliyi sahəsində ən azı 2 illik təcrübəniz varsa, komanda işində bacarıqlısınızsa , bu iş sizin üçündür.

Sep 30, 2024 - 11:23
Sep 30, 2024 - 11:26
 0
Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi.

Vəzifələr:

  • Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi: tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, eləcə də zəruri bəndlərin mövcudluğuna nəzarət etmək;
  • Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
  • Layihənin gedişatında yaranan çətinliklərin həlli üçün dəstəyin göstərilməsi;
  • Layihə sənədlərinin (nizamnamə, tədbirlər planı, görüşlərin protokolları, dəyişiklik cədvəli, yekun hesabat) müvafiq tələblərə uyğun hazırlanması və saxlanması;
  • Layihə proseslərinin və nəticələrinin izlənməsi, hesabatların hazırlanması;
  • Maraqlı tərəflər üçün layihə statusu haqqında hesabatların hazırlanması;
  • İşəgötürən tərəfindən təyin olunan gündəlik tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali magistr təhsili;
  • Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Bank qanunvericiliyi üzrə biliklər (arzuolunandır);
  • Texniki tapşırıq və testlərin hazırlanması üzrə bacarıqlar;
  • MS Office proqramlarında peşəkar işləmə bacarıqları (Word, Excel, PowerPoint, Outlook);
  • Layihə idarəçiliyi proqram təminatında iş təcrübəsi;
  • Layihə idarəedilməsi sertifikatlarının mövcudluğu (arzuolunandır);
  • Komanda işi və funksional strukturlarla işləmə bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
  • Rus və ingilis dilləri bilikləri (arzuolunandır).

Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow