Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsi.
Xalq Bankının Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsi üçün metodologiya mütəxəssisi axtarılır. Daxili normativ aktların hazırlanması, aktuallaşdırılması və metodoloji dəstək üzrə vəzifələrə aid təkliflər təqdim edilir.
Təsvir
- Daxili normativ aktların bazasını təhlil etmək, hazırlanmasına, aktuallaşdırılmasına ehtiyac olan normativ aktlar barədə təkliflər hazırlamaq;
- Daxili normativ aktların kataloqunu hazırlamaq və zərurət olduğu halda yeniləmək;
- Daxili normativ aktlarda istifadə olunan terminlər üzrə biznes lüğət hazırlamaq;
- Bankın biznes proseslərini və struktur bölmələrin, Bankın əməkdaşlarının işini əhatə edən daxili normativ aktlar hazırlamaq;
- Bankın məhsul və xidmətləri üzrə tələb olunan daxili normativ aktları hazırlamaq və ya dəyişiklik etmək;
- Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrini hazırlamaq və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq daxili normativ aktlarda əks etdirmək;
- Daxili normativ aktlara olan ehtiyacın müəyyən olunması, o cümlədən normativ aktların hazırlanması/yenilənməsi məqsədilə Bankın struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
- Bankda keçirilən layihələrə metodoloji dəstək göstərmək.
Tələblər
- Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
- Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
- Bank işi sahəsi üzrə biliklər;
- Bank işi sahəsində minimum 1 illik təcrübə;
- Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
- Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio”, “Excel”, “Draw IO”);
- Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.
Bank Fəaliyyətinə Dəstək İdarəsinin Metodologiya şöbəsi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 10 oktyabr 2024 il.
What's Your Reaction?