Xalq Bank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi.

Xalq Bankın İnformasiya Təhlükəsizliyi Şöbəsinə mütəxəssis axtarılır. Təhlükəsizlik tədbirləri, şəbəkə müdaxilələri və sistemlərin qorunması sahəsində təcrübəli mütəxəssislər üçün tam ştat vakansiyası.

Sep 12, 2024 - 13:59
Sep 12, 2024 - 14:02
 0
Xalq Bank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi.

Vəzifə Öhdəlikləri:

  • Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
  • Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
  • Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
  • Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
  • Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşkarlaşdırılması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
  • Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
  • Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsilin olması;
  • UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
  • Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
  • Virtuallaşma və konteyner sahəsində təcrübə (VMware, Docker və s.);
  • Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
  • Veb texnologiyaları sahəsində iş təcrübəsi (veb həllər, veb xidmətlər və s.);
  • Skript bacarıqları (bash shell, Python və s.);
  • Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
  • WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
  • Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
  • Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
  • Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
  • Problem həll etmə və təzyiq altında işləmək bacarığı.

İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow