Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Ödəniş sistemləri şöbəsinin mütəxəssisi.

Xalq Bankda Ödəniş Sistemləri Mütəxəssisi vakansiyası. Ödəniş sistemləri, sürətli pul köçürmələri və texniki biliklərlə tanış şəxslər üçün ideal imkan. Ali təhsil, İT təcrübəsi, komanda iş bacarığı tələb olunur. Müraciət üçün son tarix: 27 noyabr 2024.

Oct 29, 2024 - 11:46
Oct 29, 2024 - 11:48
 0
Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Ödəniş sistemləri şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Ödəniş sistemləri şöbəsinin mütəxəssisi.

Təsvir

Mütəxəssis olaraq, aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:

  • Ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə proqram təminatının istifadəçilərin kompüterlərində quraşdırılmasını təmin etmək.
  • Bankın struktur bölmələrində ödəniş sistemləri və sürətli pul köçürmələri sistemləri üzrə texniki işləri yerinə yetirmək.
  • Ödəniş sistemlərinə aid kompüter avadanlıqları və proqram təminatlarına texniki xidmət göstərmək və yaranmış qüsurları aradan qaldırmaq.
  • Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzinin (BSXM) elektron imzalarının bankda tətbiqi və istifadəsi ilə bağlı işləri yerinə yetirmək.
  • Ödəniş sistemlərinin daimi işlək vəziyyət olmasını təmin etmək.
  • Ödəniş sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsiz fəaliyyətini təmin etmək.

Tələblər

  • Ali təhsil (texniki təhsil arzu olunandır).
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərində texniki biliklər.
  • İT sahəsində 2 ildən artıq iş təcrübəsi (bank sahəsində iş təcrübəsi arzu olunandır).
  • Sürətli pul köçürmələri (WU, Zoltaya Korona və s.) sistemləri üzrə texniki biliklər və təcrübə.
  • Ödəniş sistemləri üzrə (SWIFT, AZIPS, XÖHKS və s.) ümumi biliklər.
  • Yeni biliklərin öyrənilməsi və tətbiqi bacarığı.
  • Diqqətlilik və yüksək məsuliyyət.
  • Komandada işləmək bacarığı.

Son tarix

Müraciət üçün son tarix: noyabr 27, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow