Xalq Bank vakansiya: Risklərin idarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi.
Xalq Bank, Risklərin İdarə Edilməsi İdarəsinin Komplayens Risklərinin İdarə Edilməsi Şöbəsində aparıcı / böyük mütəxəssis vəzifəsi üçün iş elan edir. Bankdaxili qaydaların qanunvericiliyə uyğunluğunu təmin etmək, komplayens risklərini idarə etmək və müştəri uyğunluğu prosedurlarında iştirak etmək kimi vəzifələr təklif edilir. Bu mövqe üçün tələb olunan keyfiyyətlər, ali təhsil, bank təcrübəsi və komplayens sahəsində biliyi əhatə edir.
Vəzifələr:
-
Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunu təmin etmək, müvafiq kommunikasiyanın aparılmasına nəzarət etmək;
-
Bankın məhsul və xidmətlərinin, eləcə də daxili prosedurların və biznes proseslərinin ölkədaxili qaydalara və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy vermək və komplayens riskini ölçmək;
-
Müştəri uyğunluğu prosedurlarında iştirak etmək, müştəri eyniləşdirilməsinin yerli və xarici qanunvericiliyə uyğun həyata keçirilməsini nəzarət etmək;
-
Daxil olan komplayens tələbləri ilə əlaqəli sorğulara cavab verməyə nəzarət etmək;
-
Bank əməkdaşlarına müvafiq təlimlər keçmək və komplayens sahəsi üzrə məsələlərə dair məsləhət vermək;
-
ƏL/TMM və FATCA sahələrində komplayens qaydaları və prosedurlarının hazırlanmasını təmin etmək və bankın strukturlarında müvafiq əməkdaşların təlimini təşkil etmək;
-
Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün rəy və təkliflərin hazırlanması.
Tələblər:
-
Tam ali hüquqi və ya iqtisadi təhsil;
-
Minimum 5 il bank təcrübəsi (komplayens, korporativ hüquq və ya audit sahəsində iş təcrübəsi üstünlük təşkil edir). Təhsilin və biliyin səviyyəsinə görə iş təcrübəsi tələb edilən müddət qısaldıla bilər;
-
Komandada işləmə bacarığı;
-
Məsuliyyətli, düzgün və etibarlı olmaq;
-
İngilis dili əla səviyyədə olmalı;
-
MS Ofis proqramları (xüsusilə MS Excel) və kompüter avadanlıqları ilə işləmə bacarığı;
-
Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı;
-
Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri qanunvericilik aktları və digər normativ sənədləri bilmək;
-
Komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlük təşkil edir.
Vakansiya Haqqında:
- Son müraciət tarixi: 1 yanvar 2025
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?