Yelobank vakansiya: Agile Ekspert Mərkəzi, Agile Coach.
Yelo Bank ASC-də Agile Coach vakansiyası üçün müraciət edin! Agile metodologiyaları, komanda yönətimi və strateji düşüncə bacarıqları ilə Agile mütəxəssisi axtarılır. İndiyə qədərki uğurlarınızı paylaşın!
İş Təsviri
- Daxili və idarəetmə proseslərində Agile komandasını proseslərə uyğun yönəltmək və təlimatlandırmaq.
- Agile metodları ilə işləmə yollarının tətbiq edilməsini təmin etmək.
- Məhsulların yaradılması, İT/Proqramlaşdırma və UI/UX dizayn üzrə struktur bölmələrinin rəhbərləri ilə sıx əməkdaşlıq edərək Agile təcrübələri tətbiq etmək.
- Məhsul sahiblərinin məhsullar üzrə yol xəritələri və backlog prioritetləşdirilməsini Bankın strateji baxış və biznes planları ilə uyğunlaşdırmaq.
- Banka və kross-funksional komandalara Agile metodologiyalarının istifadə edilməsinə dair təlimlər keçmək.
- Komanda və bankın digər əlaqəli istiqamətlərdə Agile prinsipləri və təcrübələrini bölüşmək.
- Məhsulun yol xəritəsi üzrə planlaşdırma və backlog-un idarə edilməsində məhsul sahiblərinə dəstək vermək.
- Komandaların effektiv iş prosesinin qurulması və qoyulmuş biznes hədəflərinə çatması istiqamətində tədbirlər görmək.
- Agile “ceremony”larının tam və düzgün şəkildə aparılmasını təmin etmək.
- Bütün komanda üzvləri arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı öyrənməyi təşviq etmək.
- Agile yanaşmaya yönəltmək üçün açıq fikir mübadiləsi və təlimlər keçirmək.
- İnsan kapitalının idarəedilməsi ilə birlikdə komanda üzvlərinin özünü inkişafı üçün tədbirlər planını hazırlamaq.
- Komandaların performans göstəricilərinin təyin edilməsində iştirak etmək.
- Agile kouç roluna cəlb edilmiş yeni əməkdaşları təlimatlandırmaq.
Tələblər
- Ali təhsil.
- Agile idarəetmə, Agile inkişaf, Scrum master sahəsində ən azı 1 il iş təcrübəsi.
- Keçmiş Məhsul sahibi və layihələrin idarə edilməsi sahəsində təcrübəsi üstünlük təşkil edir.
- Agile metodologiya və üsulları üzrə biliklər.
- Excel, PowerPoint, JIRA, Outlook proqramlarını sərbəst istifadə səviyyəsində bilmək.
- Mentor, təlimçi və ya kouç bacarıqları.
- Güclü ünsiyyət və öyrətmə bacarıqları.
- Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı.
- Strateji düşüncə.
- Çətinliklərin öhdəsindən gəlmə bacarığı.
- Yüksək analitik və planlaşdırma bacarıqları.
Son Tarix
Noyabr 19, 2024
Elektron poçtunuzun “mövzu” yerinə “Agile Ekspert Mərkəzi, Agile Coach” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il.
What's Your Reaction?