Yelobank vakansiya: Əməliyyat xidmətləri üzrə mütəxəssis (Bakı filialları).
Yelo Bank ASC, Bakı filiallarında əməliyyat xidmətləri üzrə mütəxəssis axtarır. Hüquqi şəxslər və fərdi sahibkarlarla iş, bank xidmətləri, hesabların açılması və bağlanması, və daha çoxu. Ali təhsil və bank sahəsində təcrübə tələb olunur. Müraciət üçün son tarix: Noyabr 6, 2024.
Vəzifələr
- Hüquqi şəxslər və fərdi sahibkarlara bank xidmətləri üzrə konsultasiya verilməsi.
- Hesabların açılması və bağlanması.
- Hesabların aparılması, dosyelərinin komplektləşdirilməsi və saxlanılması.
- Hesablaşma-kassa xidmətinin göstərilməsi.
- Vergi sərəncamlarının, ödəniş və inkasso tapşırıqlarının vaxtında icrası və qeydiyyatı.
- Əmanətlərin qəbulu, əmək haqqı layihələri üzrə müqavilələrin hazırlanması və imzalanması.
- Müştərilərə kartların rəsmiləşdirilməsi, məxarici və qeydiyyatın aparılması.
- Bank tariflərinə uyğun komissiya tutmaq.
- Müştərilərə sənədlərin hazırlanması və verilməsi.
Tələblər
- Ali təhsil.
- Bank sahəsində minimum 1 il iş təcrübəsi.
- Ünsiyyət qurmaq və satış bacarığı.
- Riyazi biliklər.
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və karyera inkişafı üçün geniş imkanlar.
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı.
- Yığım sığortasına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Elektron poçtunuzun “mövzu” yerinə “Əməliyyat xidmətləri üzrə mütəxəssis (Bakı filialları)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 2 dekabr 2024 il.
What's Your Reaction?