Yelobank vakansiya: Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Bakı filialları).
Yelo Bank ASC-də Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis vakansiyası. Gənc mütəxəssislər üçün karyera imkanı. Müştəri xidmətinizi artırın. İndi müraciət edin!
Təsvir:
- Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi.
- Bank məhsulları və tarifləri haqqında müştərilərə məlumat verilməsi.
- Fiziki şəxs müştərilərinin cəlb edilməsi.
- İstehlak, ipoteka və digər kredit məhsulları üzrə müvafiq mütəxəssis məsləhətlərinin verilməsi.
- Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi.
- İstehlak krediti portfelinin daimi monitorinq edilməsi.
- İstehlak kreditləri üzrə sifarişlərin qəbul edilməsi və kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi.
- Kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması.
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil.
- Bank sahəsində minimum 6 ay iş təcrübəsi.
- Ünsiyyət qurmaq və satış bacarığı.
- Riyazi biliklər.
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və karyeranızın qurulması üçün geniş imkanlar.
- Könüllü tibbi sığorta proqramına qoşulma.
- Yığım sığortasına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Son tarix: Noyabr 5, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Bakı filialları)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 5 noyabr 2024 il.
What's Your Reaction?