Yelobank vakansiya: Kassa xidmətləri üzrə böyük əməliyyatçı-kassir / baş əməliyyatçı-kassir (kassa müdiri) (Bakı filialları).
Yelo Bank ASC, Bakı filiallarında kassa xidmətləri üzrə böyük əməliyyatçı-kassir (baş əməliyyatçı-kassir) vakansiyası üzrə işçi axtarır. Əgər siz kassa xidmətləri və maliyyə sahəsində təcrübəli bir işçiyseniz, bu vakansiya sizə yeni iş imkanları təqdim edir. Müraciət edin!
Vəzifə öhdəlikləri:
- Pul saxlancının əməliyyat gününün əvvəlində açılmasına və əməliyyat günün sonunda bağlanmasına digər məsul şəxslərlə birlikdə nəzarət edir.
- Kassa qrupunun işçilərinə rəhbərlik edir, onların iş həcmini təhlil edir və iş bölgüsünü düzgün şəkildə aparır.
- Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq edir.
- Kassada olan pulun və qiymətlilərin lazımi qaydada mühafizəsini təşkil edir.
- Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirir.
- Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması, bağlanması və dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsini həyata keçirir.
- Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluqlara tikilməsi və kassa dövriyyə kitabının üzləşdirilməsi və düzgün yazılması işlərini icra edir.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
İş şəraiti və əlavə məlumat:
- Vəzifə növü: Tam ştat.
- İş yeri: Yelo Bank ASC, Bakı filialları.
- Son müraciət tarixi: Dekabr 24, 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə.
Elektron poçtunuzun “mövzu” yerinə “Kassa xidmətləri üzrə böyük əməliyyatçı-kassir / baş əməliyyatçı-kassir (kassa müdiri) (Bakı filialları)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 24 dekabr 2024 il.
What's Your Reaction?