Yelobank vakansiya: Keyfiyyətə nəzarət şöbəsinin Aparıcı\Baş mütəxəssisi.
Yelo Bank ASC-də Keyfiyyətə nəzarət şöbəsinin Aparıcı/ Baş mütəxəssisi vakansiyasına müraciət edin. Bank xidmətlərinin keyfiyyətinə nəzarət, təlimlərin keçirilməsi və hesabatların hazırlanması üzrə təcrübənizi inkişaf etdirin.
Vəzifə öhdəlikləri:
- Xidmət mərkəzlərində xidmətin keyfiyyətinin qiymətləndirilməsi və biznes proseslərin monitorinqi.
- Xidmət keyfiyyəti standartları üzrə təlimlərin keçirilməsi.
- Əməliyyat və proseslərdə yaranan kənarlaşma və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması.
- Aylıq və rüblük hesabatların tərtib edilməsi.
Tələblər:
- Ali təhsil.
- Bankın xidmət sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili arzuolunandır.
- Səmərəli ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
Biz sizə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- İllik performans qiymətləndirilməsi və karyera inkişafı imkanları.
- Könüllü tibbi sığorta proqramı və yığım sığortasına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Son müraciət tarixi: 9 Oktyabr 2024
İş növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Keyfiyyətə nəzarət şöbəsinin Aparıcı\Baş mütəxəssisi” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 9 oktyabr 2024 il.
What's Your Reaction?