Yelobank vakansiya: Keyfiyyətə nəzarət şöbəsinin Aparıcı\Baş mütəxəssisi.
Yelo Bank ASC Keyfiyyətə Nəzarət Şöbəsində Aparıcı/Baş Mütəxəssis vakansiyası. Xidmətin keyfiyyətini qiymətləndirmək, təlimlər keçirmək və hesabatlar hazırlamaq üçün keyfiyyətə diqqət yetirən mütəxəssislər axtarılır.
İşin Təsviri:
- Xidmət mərkəzlərində xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə biznes proseslərin düzgün icrasını təmin etmək.
- Xidmət keyfiyyətinin standartları üzrə təlimlərin keçirilməsi.
- ABS üzrə əməliyyat və proseslərdə kənarlaşmaların aradan qaldırılması üçün təkliflər hazırlamaq.
- Aylıq və rüblük hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil.
- Bankın xidmət sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilini sərbəst, rus dili arzuolunandır.
- Səmərəli ünsiyyət qurmaq, məsuliyyətli olmaq və komandada işləmək bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
Biz Sizə Nə Təklif Edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və karyera inkişafı üçün geniş imkanlar.
- Könüllü tibbi sığorta proqramına qoşulma.
- Yığım sığortasına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Son tarix: Noyabr 27, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?