Yelobank vakansiya: Korporativ bankçılıq departamentində əməliyyat xidmətləri üzrə mütəxəssis.
Yelo Bank ASC Korporativ Bankçılıq Departamentində Əməliyyat Xidmətləri üzrə Mütəxəssis vakansiyasını təqdim edir. Müştəri xidmətləri, bank əməliyyatları, və komandada işləmək bacarığı ilə maraqlanan şəxslər müraciət edə bilərlər. 500 - 600 AZN əmək haqqı ilə.
Vəzifə Öhdəlikləri
- Müştərilərə Yelo Bankın məhsul və xidmətləri barədə məlumat vermək.
- Müştərilər üçün bank hesablarının açılması və müqavilələrin hazırlanması.
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq.
- Müştərinin tələblərini dəqiq müəyyənləşdirmək və idarə etmək.
- Gündəlik tapşırıqların yüksək səviyyədə, təsdiq olunmuş qayda və prosedurlara uyğun şəkildə icra edilməsi.
Namizəd Tələbləri
- Problemləri həll etmə bacarığı.
- Riyazi biliklər və analitik düşüncə qabiliyyəti.
- Komandada işləmək bacarığı və kollektivdə harmoniyalı əməkdaşlıq.
- MS Office proqramları üzrə biliklər (Excel, PowerPoint, Word).
- Əlavə olaraq, bankçılıq və maliyyə sahəsində təcrübə üstünlük təşkil edəcək.
Vəzifə haqqında Ətraflı Məlumat
- Əmək haqqı: 500 – 600 AZN
- Vəzifə növü: Tam ştat
- Müraciət son tarixi: 27 noyabr, 2024
- Yerləşdiyi yer: 20 Yanvar, Bakı, Azərbaycan
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Əgər siz bu vakansiyaya uyğun olan vəzifə öhdəlikləri və tələbləri yerinə yetirə bilən şəxs olduğunuzu düşünürsünüzsə, Yelo Bank ASC-də fəaliyyət göstərən müasir korporativ bankçılıq mühitində yerinizi təmin etmək üçün müraciət edin.
Elektron poçtunuzun “mövzu” yerinə “Korporativ bankçılıq departamentində əməliyyat xidmətləri üzrə mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 27 noyabr 2024 il.
What's Your Reaction?