Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Gəncə filialı).
Yelo Bank ASC, Gəncə filialında Kreditlərin Monitorinqi şöbəsinin Aparıcı/Baş Mütəxəssisi vakansiyası. Mikro kreditlər üzrə iş təcrübəsi olan mütəxəssislər üçün geniş imkanlar. Müraciət edin!
Vəzifə Təsviri:
- Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi
- Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi
- Region filiallarına səfər olunması
Tələblər:
- Mikro kreditlər üzrə minimum 2 il iş təcrübəsi
- Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır)
- Analitik düşünmə və təhlil bacarığı
- Komandada işləmək bacarığı
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır
- MS Office proqramları bilikləri
Biz Sizə Nə Təklif Edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sığorta proqramına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Vakansiya Haqqında:
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?