Yelobank vakansiya: Müştəri məsləhətçisi (Bakı).
Yelo Bank ASC, Bakı Nərimanovda müştəri məsləhətçisi vakansiyası elan edir. Müştəri, xidmət, bank, vakansiya. Ətraflı məlumat üçün müraciət edin və karyeranızı bizimlə inkişaf etdirin!
VAKANSİYA TƏSVİRİ:
Müştəri məsləhətçisi aşağıdakı vəzifələri yerinə yetirəcək:
- Müştəriləri qarşılayır, salamlayır və istiqamətləndirir.
- Bankın bütün məhsulları haqqında ətraflı məlumata sahib olmalıdır.
- Müştəriləri məhsullar və xidmətlər haqqında məlumatlandırır.
- Müştərilərin Banka gəlişinin məqsədini müəyyənləşdirir, suallarını cavablandırır və lazım gəldikdə seçimlərində köməklik edir.
- Müştərilərin problemlərini dinləyir və həll etməyə çalışır; problem digər şöbələrin cəlbini tələb edirsə, müştəri Filial Rəhbərinə yönləndirilir.
- Müştəri şikayətlərini qəbul edir və “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş üzrə prosedura” uyğun olaraq yönəldir.
- Müştəriləri özünəxidmət avadanlıqlarının (ATM, Cash In və s.) istifadəsi üçün yönləndirir.
- Filialda özünəxidmət avadanlığının işlək vəziyyətdə olmasını mütəmadi yoxlayır və problemlər barədə Filial Rəhbərinə məlumat verir.
- Müştəriləri növbə tənzimləmə aparatına yönəldir və xidmət seçimində dəstək olur.
- Filialda səliqəsizliyi aşkar edərsə, dərhal xadiməni çağırır və mütəmadi olaraq filialın daxili görünüşünə nəzarət edir.
- Filial müdürü və digər rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- Müştəri məlumatlarını GNİ ABS axtarış ekranında izləyir və müvafiq suallara cavab verir.
- Bankın daxili nizam-intizam qaydalarına riayət edir və təhkim olunmuş vəsaitlərə görə cavabdehdir.
- Bankın imicini müdafiə edir və onun mənafeyini qoruyur.
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyinə riayət edir.
Tələblər:
- Ali təhsil.
- Bank sahəsində minimum 1 il iş təcrübəsi.
- Ünsiyyət qurmaq və satış bacarığı.
- Riyazi biliklər.
- Komandada işləmək bacarığı.
Son tarix:
Dekabr 3, 2024
Vakansiya növü:
Tam ştat
Kateqoriya:
Satış və müştəri xidmətləri
What's Your Reaction?