Yelobank vakansiya: Müştəri məsləhətçisi (Bakı).
Yelo Bank Bakı filialı üçün Müştəri Məsləhətçisi vakansiyasına müraciət edin! Bank məhsulları haqqında məlumat vermək, müştəri xidmətlərini idarə etmək və satış bacarığınızı artırmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. Müştəri məsləhətçisi vakansiyası, Bakı, tam ştat iş imkanı.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılayır, salamlayır və onlara istiqamət verir.
- Bankın bütün məhsulları haqqında ətraflı məlumat təqdim edir və müştəriləri məhsul və xidmətlərlə tanış edir.
- Müştərilərin banka gəliş məqsədini müəyyənləşdirir, onların suallarını cavablandırır və lazım gəldikdə seçimlərində köməklik edir.
- Müştəri şikayətlərini qəbul edir və “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş” proseduruna uyğun olaraq müvafiq şöbəyə yönləndirir.
- Müştəriləri özünəxidmət avadanlıqlarından (ATM, Cash-in və s.) istifadə etməyə təşviq edir və onlara avadanlıqdan necə istifadə edəcəyini izah edir.
- Filialda özünəxidmət avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edir və hər hansı problem yaranarsa, Filial Rəhbərinə məlumat verir.
- Növbə tənzimləmə aparatlarının düzgün işləməsinə nəzarət edir və müştərilərin xidmətə qəbul olunmasında dəstək olur.
- Filialın daxili nizamını və təmizliyini təmin edir, masaların və bukletlərin səliqəsinə nəzarət edir.
- Bankın daxili qaydalarına və etik davranış normalarına riayət edir.
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurma və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmə bacarığı.
Əlavə Məlumat:
- Vəzifə növü: Tam ştat
- Son müraciət tarixi: 25 Dekabr 2024
- Müraciət yeri: Yelo Bank ASC, Bakı, Nərimanov
Elektron poçtunuzun “mövzu” yerinə “Müştəri məsləhətçisi (Bakı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 25 dekabr 2024 il.
What's Your Reaction?