Yelobank vakansiya: Network Administrator (Şəbəkə Administratoru).

Şəbəkə Administratoru vakansiyası Yelo Bank ASC-də. Şəbəkə cihazlarının sazlanması, təhlükəsizlik və şəbəkə sistemləri üzrə biliklərə sahib mütəxəssislər üçün tam ştat iş imkanı. 3 illik təcrübə və müvafiq protokollar üzrə geniş biliklər tələb olunur. Müraciət tarixi: 14 dekabr 2024.

Nov 27, 2024 - 11:48
Nov 27, 2024 - 11:50
 0
Yelobank vakansiya: Network Administrator (Şəbəkə Administratoru).
Yelobank vakansiya: Network Administrator (Şəbəkə Administratoru).

Şəbəkə Administratorunun Vəzifə Öhdəlikləri:

  • Şəbəkə cihazlarının və sistemlərinin sazlanması və təkmilləşdirilməsi.
  • Şəbəkə cihazları və sistemlərində yaranan nasazlıqların sürətlə aradan qaldırılması.
  • Şəbəkənin mövcud quruluşunun daimi analizi və təhlükəsizliyin artırılması üçün effektiv yeniliklərin tətbiq olunması.
  • Sistemlərin və cihazların vəziyyətinin təhlil edilməsi, resurs qıtlığı barədə rəhbərliklə əlaqə saxlanılması və müvafiq həll yollarının təklif edilməsi.
  • Mövcud sistemlərin ayarları ilə tanış olmaq və dəyişiklikləri tətbiq edərkən mövcud qaydalara riayət etmək.
  • Yeni sistemlərin sazlanmasında mövcud sistemlərlə uyğunluğu və inteqrasiya imkanlarını nəzərə almaq.
  • Biznes tələblərinə uyğun şəbəkə həllərinin hazırlanması.
  • Cihazların ayarlanmasında standartlara və daxili qaydalara riayət edilməsi.

Tələblər:

  • Minimum 3 il iş təcrübəsi şəbəkə administrasiyası sahəsində.
  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil arzuolunandır.
  • Verilən bazalar üzrə yüksək səviyyədə biliklər (Oracle, PostgreSQL, MySQL, MS SQL və s.).
  • Firewall, Switch, Router, WAF, WLC kimi cihazlarla iş təcrübəsi.
  • Monitorinq sistemləri, AAA sistemləri və müvafiq texnikalar haqqında biliklər.
  • Şəbəkə protokolları üzrə geniş biliklər:
    • High availability (VSS, VSL, LACP, PAgP)
    • Switching (VLAN, MAC, STP, VTP, DHCP Snooping, DAI, QoS)
    • Wireless (Wi-Fi, CAPWAP)
    • Routing (EIGRP, OSPF, BGP, PBR, TCP/IP)
    • VPN (GRE, IPSEC, DMVPN, SSL, ESP, AH)
    • Authentication (EAP, 802.1x, Active Directory, LDAP, RADIUS, TACACS+)
    • Management (IPAM, SSH, Telnet, SNMP)
    • Services (DHCP, NTP, DNS, ARP, NAT)
    • Other (HTTPS, SMTP, FTP, TFTP, NAC, ACL)
  • Effektiv kommunikasiya bacarıqları və komandada işləmə bacarığı.

İş Şərtləri:

  • İş yeri: 81 Həsən bəy Zərdabi, Bakı, Azərbaycan.
  • Vakansiya növü: Tam ştat.
  • Son müraciət tarixi: 14 dekabr 2024.

Elektron poçtunuzun “mövzu” yerinə “Network Administrator (Şəbəkə Administratoru)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 14 dekabr 2025 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow