Yelobank vakansiya: Oracle məlumat bazası üzrə Administrator (Database Administrator).
Yelo Bank ASC, Oracle məlumat bazası üzrə Administrator axtarır. Əsas vəzifələr arasında verilənlər bazalarının dayanaqlılığını təmin etmək, yeni texnologiyaları tətbiq etmək və istifadəçilərə dəstək vermək mövcuddur.
Təsvir
Oracle məlumat bazası üzrə Administratorun əsas vəzifələri aşağıdakılardır:
- Verilənlər bazalarının dayanaqlılığını təmin etmək, rezerv sürətlərini saxlamaq və bərpa olunma strategiyalarını həyata keçirmək.
- Verilənlər bazaları üçün istifadə olunan avadanlıqların və resursların hesabatını aparmaq və onların təkmilləşdirilməsi üçün təkliflər vermək.
- Daxili sistemlərin verilənlər bazaları ilə əlaqələrinin qurulmasına dəstək vermək.
- Verilənlər bazalarına aid yeni texnologiyaların tətbiqini həyata keçirmək.
- Proqramçılara və istifadəçilərə verilənlər bazaları ilə bağlı dəstək vermək.
- İstifadədə olan verilənlər bazalarının proqram təminatları üzrə administrasiyasını həyata keçirmək.
Tələblər
- Ali iqtisadi və ya texniki təhsil arzuolunandır.
- Minimum 1 il iş təcrübəsi.
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri biliyi arzuolunandır.
- Yüksək analitik düşüncə qabiliyyəti.
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
- Oracle şirkətinə aid sertifikat arzuolunandır.
- Oracle, PostgreSQL, MySQL, MS SQL kimi verilənlər bazalarını yüksək səviyyədə bilmək.
- RMAN, Cloud Control, Enterprise Manager kimi proqram təminatlarını yüksək səviyyədə bilmək.
- Oracle WebLogic, Apache Tomcat, Microsoft IIS və s. proqram təminatları ilə işləmə bacarığı arzuolunandır.
Son tarix
Noyabr 9, 2024
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Oracle məlumat bazası üzrə Administrator (Database Administrator)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 9 noyabr 2024 il.
What's Your Reaction?