Yelobank vakansiya: Oracle məlumat bazası üzrə Administrator (Database Administrator).
Yelo Bank ASC Oracle məlumat bazası üzrə administrator vakansiyası elan edib. Verilənlər bazası idarəetməsi, Oracle verilənlər bazası, RMAN və digər proqram təminatları üzrə təcrübə tələb olunur. Müvafiq sahədə təcrübəsi olan mütəxəssislər müraciət edə bilər.
Vəzifə Öhdəlikləri:
- Verilənlər bazalarının dayanaqlığını təmin etmək, verilənlər bazasının rezerv sürətləri ilə bağlı prosedurların həyata keçirilməsi və bərpa olunma strategiyalarını hazırlamaq;
- Verilənlər bazaları üçün istifadə olunan avadanlıqların və resursların təhlili, hesabatının aparılması və təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Daxili sistemlər ilə verilənlər bazaları arasında əlaqələrin qurulması və bu əlaqələrin optimallaşdırılması;
- Oracle verilənlər bazası və digər məlumat bazaları üçün yeni texnologiyaların tətbiqi;
- Proqramçılara və istifadəçilərə verilənlər bazaları ilə bağlı texniki dəstək verilməsi;
- İstifadə olunan verilənlər bazaları proqram təminatlarının idarə olunması və optimallaşdırılması.
Tələblər:
- Ali iqtisadi və ya texniki təhsil arzuolunandır;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı, həmçinin rus və ingilis dillərində biliyin olması arzuolunandır;
- Yüksək analitik düşüncə qabiliyyəti;
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
- Oracle şirkəti tərəfindən verilən sertifikatlar arzuolunandır;
- Verilənlər bazası sistemləri (Oracle, PostgreSQL, MySQL, MS SQL və s.) üzrə yüksək biliklərə malik olmalı;
- Verilənlər bazalarının administrasiyası üçün istifadə olunan proqram təminatları (RMAN, Cloud Control, Enterprise Manager) ilə təcrübə;
- Oracle WebLogic, Apache Tomcat, Microsoft IIS kimi proqram təminatları ilə işləmək bacarığı arzuolunandır.
Vakansiya Haqqında:
- Şirkət: Yelo Bank ASC
- Vəzifə: Oracle Məlumat Bazası üzrə Administrator
- Yerləşmə: 8 Həsən bəy Zərdabi, Bakı, Azərbaycan
- İş növü: Tam ştat
- Son müraciət tarixi: Dekabr 31, 2024
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Oracle məlumat bazası üzrə Administrator (Database Administrator)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 31 dekabr 2024 il.
What's Your Reaction?