Zeta Play vakansiya: Satış Meslehetçisi.
Zeta Play QSC-də Satış Məsləhətçisi vakansiyası! 18-27 yaş arası namizədlər üçün satış təcrübəsi tələb olunur. Bakıdakı mağazalarımızda çalışmaq və yüksək əmək haqqı + bonuslarla gəlir əldə etmək fürsətini qaçırmayın. CV göndərmək üçün əlaqə: [email protected].
Əsas vəzifə öhdəlikləri:
- Müştəriləri brend və məhsul çeşidi haqqında məlumatlandırmaq, onlara məhsul seçimi üzrə peşəkar dəstək göstərmək.
- Mağazada malların düzülüşünü səliqəli saxlamaq və vitrinlərdə məhsulların düzgün yerləşdirilməsini təmin etmək.
- Malların mağazaya qəbulunda aktiv iştirak etmək və təşkilati işləri dəstəkləmək.
- Qiymət etiketlərinin düzgünlüyünə və qiymət cədvəlindəki uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.
- Satış zamanı müştəri tələblərinə uyğun olaraq məhsul düzülüşünü tənzimləmək və boşluqları aradan qaldırmaq.
- Mağaza qarşısında qoyulmuş satış hədəflərinə çatmaq və satış planlarını uğurla həyata keçirmək.
İş şərtləri:
- İş qrafiki: 5 gün iş, növbəli sistem, həftəiçi 2 gün istirahət.
- Şirkət tərəfindən uniforma təmin edilir.
- Əmək haqqı: 550 AZN + satışdan əldə edilən bonuslar.
Namizədə tələblər:
- Yaş: 18-27 yaş arası xanım və bəy namizədlər.
- Satış sahəsində minimum 1 il təcrübə.
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı, ingilis dili bilikləri üstünlük təşkil edir.
- Aktiv, çevik, təşəbbüskar və ünsiyyətcil şəxsiyyət.
- Məsuliyyətli, işini sevən və komandada işləməyi bacaran.
Təklif edirik:
- Karyera yüksəlişi üçün geniş imkanlar.
- Peşəkar inkişaf və təlimlər.
Tələb olunan sənədlər:
CV-lərinizi mövzu (subject) hissəsinə “Satış Məsləhətçisi” yazaraq [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. Eyni zamanda WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.
İş yerinin ünvanları:
- Crescent Mall
- Port Baku Mall
- Amburan Mall
- Dəniz Mall
What's Your Reaction?