ABB Bank vakansiya: Rəqəmsal kiçik biznes sahəsinin biznes analitika üzrə funksional sahə rəhbəri.
Biznes analitika üzrə funksional sahə rəhbəri axtarılır! Əgər siz rəqəmsal kiçik biznes sahəsində geniş təcrübəyə sahib, texniki sənəd hazırlama, verilənlər bazası modelləşdirmə və test ssenariləri üzərində işləmə bacarığına malik bir mütəxəssis isəniz, bu vakansiya sizin üçün idealdır.
İş haqqında:
Rəqəmsal kiçik biznes sahəsində funksional sahə rəhbəri olaraq, sizdən aşağıdakı vəzifələrin icra edilməsi gözlənilir:
- Biznes proseslərin texniki analizinin aparılması və verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması.
- Biznes proseslər üzrə texniki sənədlərin (istifadəçi və texniki səviyyədə - use case) hazırlanması.
- Biznes proseslər üzrə minimal test planlarının və test ssenarilərinin hazırlanmasında iştirak.
- Texniki tapşırıqlar üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması.
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak.
- Biznes proseslərin proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi.
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi.
- İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə malik olmalıdır.
- Sahə üzrə minimum 4 il təcrübəyə sahib olmalıdır.
- Bank məhsulları haqqında biliklərə malik olmalıdır.
- Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi olmalıdır.
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına sahib olmalıdır.
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliyi olmalıdır.
- Xarici dil biliklərinə (texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) malik olmalıdır.
- Web servis üzrə biliklərə sahib olmalıdır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmalıdır.
- Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olmalıdır.
Rəqəmsal kiçik biznes sahəsinin biznes analitika üzrə funksional sahə rəhbəri vakansiyası ilə maraqlananlar CV-lərini ABB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.
What's Your Reaction?