Kontakt Home vakansiya: QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis).

QA engineer (keyfiyyətə nəzarət üzrə mühəndis) vakansiyası ilə bağlı elan! Kontakt Home şirkətində test planları, avtomatlaşdırılmış test skriptləri və defektlərin aşkarlanması ilə bağlı iş imkanları.

Sep 16, 2024 - 11:18
Sep 16, 2024 - 11:20
 0
Kontakt Home vakansiya: QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis).
Kontakt Home vakansiya: QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis).

İş Təsviri:

Keyfiyyətə nəzarət üzrə mühəndis (QA engineer) vakansiyasına müraciət edən namizədlərdən aşağıdakı vəzifələri yerinə yetirmələri gözlənilir:

  • Test planlarının, test keyslərin və test ssenarilərinin hazırlanması;
  • Test nəticələrinin sənədləşdirilməsi və analiz edilməsi;
  • Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq edilməsi;
  • Avtomatlaşdırılmış test skriptlərinin hazırlanması və nəticələrin analiz edilməsi;
  • Qüsurların (defektlərin) aşkar edilməsi və aydın formada şərh edilməsi;
  • Ödənişlərdə yaranan problemlərin analiz edilməsi və proaktiv tədbirlərin təklif edilməsi;
  • Ödəniş qurğularının iş prinsipinin bilinməsi və yarana biləcək problemlərin aşkarlanması;
  • Desktop və web tətbiqlərinin (Java, C#, JavaScript, PHP) avtomatlaşdırılmış testinin həyata keçirilməsi.

İş Şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər:

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsinin olması;
  • Detallara və nəticəyə yönümlülük;
  • Komandada işləmək və ünsiyyət bacarıqları;
  • QA Manual və QA Automation sahəsi üzrə dərin biliklərin olması;
  • Proqram təminatlarının analizində alqoritmik düşünmə qabiliyyəti;
  • Selenium WebDriver üzrə biliklər;
  • Postman, REST üzrə biliklər;
  • JIRA, Git və s. müvafiq sistemlərdə işləmə təcrübəsi;
  • Texniki sənədlərin tərtib edilməsi bacarığı;
  • VB ilə (Oracle, MS SQL, MySql və s.) iş təcrübəsi.

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow