AccessBank vakansiya: İnformasiya Texnologiyaları Keyfiyyətinin Təminatı üzrə mütəxəssis (rəqəmsal bankçılıq).
AccessBank Tbilisi prospektində IT Quality Assurance Specialist vakansiyası təklif edir. Təcrübəli test mütəxəssisi axtarılır. Test case hazırlama, manual tests, bug fixes və test avtomatlaşdırılması ilə maraqlanan şəxslər müraciət edə bilərlər.
Vəzifələr:
- Biznes tələbləri əsasında test case hazırlanması və daim yenilənməsi;
- Unit, smoke və regression testlərinin həyata keçirilməsi;
- Yeni funksiyalar üçün manual tests icra edilməsi;
- Texniki məsələlərin detallı şəkildə Jira platformasında qeydiyyata alınması (addımları təkrarlamaq + ekran görüntüləri/video);
- Mövcud xüsusiyyətlər üçün test avtomatlaşdırılması;
- Test case ilə əhatə edilməyən mövcud məhsul və sistemlərdə səhvlərin aşkar edilməsi və tələblərə uyğun olaraq təkmilləşdirilməsi;
- Bug fixes (səhv düzəlişləri) vəziyyətinin izlənilməsi.
Tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- STLC, SDLC, test planı və test design bilikləri;
- REST API, SOAP, SQL (SELECT bilikləri kifayətdir);
- Mobil tətbiqetmələrin testi təcrübəsi;
- Jira və Confluence ilə işləmə təcrübəsi;
- Yazılı ingilis dili (yazı səviyyəsində) və danışıq ingilis dili (orta səviyyə);
- Test automation (Selenium, Java, TestNG, Log4j və s.) bilikləri;
- Sistemlərdə zəif nöqtələrin (defektlərin) aşkarlanması bacarığı;
- Hər növ detallara diqqət;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək istəyində olmaq.
İş yeri: Tbilisi prospekti, 3
Şirkət: AccessBank
İş növü: Tam ştat
Son müraciət tarixi: 7 dekabr 2024
What's Your Reaction?