Paşa Bank vakansiya: Xarici Kommunikasiyalar üzrə Mütəxəssi.
PAŞA Bank xarici kommunikasiyalar üzrə mütəxəssis axtarır. Layihələrin və tədbirlərin idarə edilməsi təcrübəsi olan, güclü ünsiyyət bacarıqlarına malik və innovativ düşüncəyə sahib şəxslər bu vakansiyaya müraciət edə bilərlər. Müraciət tarixi: 11 yanvar 2025.
Əsas Vəzifələr:
- PAŞA Bankın biznes və sosial məsuliyyət proqramları çərçivəsində tədbirlərin və layihələrin idarə edilməsi.
- Layihə və tədbirlər üzrə tərəfdaşların vəzifələrinin müəyyənləşdirilməsi və koordinasiyası.
- Büdcə, məkan, avadanlıqlar və promo-materialların seçilməsi və bu sahələrdə nəzarətin həyata keçirilməsi.
- Layihələrin və tədbirlərin nəticələrinin sənədləşdirilməsi və hesabatlığının təmin edilməsi.
Tələblər:
- Layihələrin və tədbirlərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi.
- Kommunikasiya, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili.
- Azərbaycan dili (sərbəst), ingilis dili (orta səviyyə).
- MS Office proqramlarına yaxşı bilik.
- Güclü ünsiyyət bacarıqları və innovativ düşüncə qabiliyyəti.
Son müraciət tarixi: 11 yanvar 2025
Vakansiya növü: Tam ştat
Vakansiya kateqoriyası: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?