AccessBank vakansiya: İnsan Resursları üzrə Biznes Tərəfdaş/Aparıcı.
AccessBank, İnsan Resursları üzrə Biznes Tərəfdaş/Aparıcı vakansiyası üçün müraciət qəbul edir. Təlim, işə qəbul və yerdəyişmə sahəsində təcrübəsi olan, yüksək kommunikasiya bacarığına malik namizədlər üçün iş imkanı. Bakıda tam ştat iş.
Şirkət: AccessBank
İş yeri: Tbilisi pr. 3, Bakı, Azərbaycan
İş növü: Tam ştat
Müraciət son tarixi: 17 Dekabr 2024
Vəzifə və Məsuliyyətlər:
- Kurasiya olunan struktur bölmələri üçün təlim ehtiyaclarını müəyyən etmək və uyğun təlim proqramlarını hazırlamaq.
- Təlim planı üzrə nəzərdə tutulmuş təlimləri təşkil etmək və tətbiqini təmin etmək.
- Namizəd axtarışı və vakansiyalar üzrə imtahan və müsahibə mərhələlərinin keçirilməsi.
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıqların izlənməsi.
- Yeni əməkdaşın sınaq müddətinin izlənilməsi, sınaq müddəti barədə rəy və kommunikasiyanın idarə olunması.
- Bank daxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi.
- Əmək bazar şərtləri üzrə təhlillər aparmaq.
- İşə qəbul və təlim fəaliyyətləri ilə bağlı hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil.
- İnsan Resursları sahəsində minimum 3 illik iş təcrübəsi.
- Namizədlərin axtarışı üçün müasir axtarış sistemlərindən istifadə bacarığı və namizəd məlumat bazaları ilə işləmək təcrübəsi.
- Yüksək kommunikasiya bacarığı, işgüzar əlaqələrin qurulması və effektiv danışıqlar aparma qabiliyyəti.
- Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətədavamlı maaş və əmək haqqı üstünlükləri.
- Şirkət daxili peşəkar inkişaf imkanları və təlimlər.
- Gənc və dinamik komandada çalışma imkanı.
- Müasir iş mühiti və ofis şəraiti.
What's Your Reaction?