CASPI-MARINE TECHNOLOGIES vakansiya: Aparıcı Mühasib axtarılır.
Aparıcı mühasib vakansiyası ilə mühasibatlıq sahəsində karyera qurun. CMT Group MMC, inşaat və boya istehsalında liderdir. Maliyyə-mühasibatlıq yönümlü ali təhsil tələb olunur. Müraciət etməyə tələsin!
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- İş qrafiki: Həftənin 6 günü (08:00-16:30), nahar 12:00-13:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Ünvan: Abşeron rayonu (Aşağı Güzdək qəsəbəsi).
Tələblər:
- Maliyyə-mühasibatlıq yönümlü ali təhsil;
- Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Elektron hökumət portallarında işləmə bacarığı;
- Vergi və əmək qanunvericiliyi üzrə məlumatlı;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Yaş həddi: 22-40;
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
Son müraciət tarixi: Noyabr 23, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?