AccessBank vakansiya: İnsan Resursları üzrə Təcrübəçi.
AccessBank, insan resursları üzrə ödənişli təcrübəçi vakansiyası elan edir. Ali təhsil və analitik düşünmə qabiliyyəti olan namizədlər üçün bu imkan, bankın təhsil və inkişaf proseslərində iştirak etməyə şərait yaradır. Ətraflı məlumat üçün elanımızı oxuyun.
Təsvir
- Departamentin əməliyyat planına müvafiq olaraq hədəflərin yerinə yetirilməsində iştirak etmək.
- AccessBank əməkdaşlarının, filiallar daxil olmaqla, təhsil və inkişaf proseslərinin aparılmasında dəstək olmaq.
- Əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək.
- Yerli və beynəlxalq təhsil qurumlarının bazasının araşdırılması və təkmilləşdirilməsində iştirak etmək.
- Təhsil təşkilatları ilə işgüzar əlaqələrin yaradılmasında və resursların cəlb edilməsində aktiv iştirak etmək.
- Filiallar daxil olmaqla, əməkdaşların təlim və inkişaf planının hazırlanması və implementasiyasında rol oynamaq.
- Daxili təlimçi potensialının araşdırılmasında və cəlb edilməsində iştirak etmək.
- Təhsil nəticələrinin qiymətləndirilməsində iştirak etmək.
- Yeni cəlb olunmuş əməkdaşların adaptasiya prosesinin təşkilində iştirak etmək.
- Əməkdaşların xarici tədris və ezamiyyələrinə dair sənədləşmələrin aparılmasında kömək etmək.
- Şöbənin məlumat bazasının idarə edilməsində iştirak etmək.
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və araşdırmaların aparılmasında aktiv iştirak etmək.
- Şöbə rəhbərliyinin tapşırığına uyğun olaraq digər işlərin yerinə yetirilməsində dəstək vermək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və Riyaziyyat yönümlü üstünlükdür).
- Yüksək analitik düşünmə və analiz qabiliyyəti.
- MS Office (xüsusilə Excel) kompüter proqramlarından mükəmməl istifadə etmək bacarığı.
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti.
- Azərbaycan dili mükəmməl, İngilis dilini isə əla səviyyədə bilmək.
Vakansiya haqqında
- Son tarix: Noyabr 12, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
İnsan Resursları üzrə Təcrübəçi vakansiyası ilə maraqlananlar CV-lərini AccessBanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.
What's Your Reaction?