AQA Şirkətlər Qrupu vakansiya: Tələbə koordinatoru axtarılır.
AQA Şirkətlər Qrupu "Tələbə koordinatoru" vakansiyasını elan edir. Tələbələrlə mütəmadi əlaqə, qiymətləndirmə və tədris prosesi ilə bağlı məlumatların paylaşılması bu rolun əsas tələblərindəndir.
Vəzifə Öhdəlikləri:
- Kursa yeni qəbul olmuş tələbələr üçün orientasiya proqramını keçirmək.
- Tələbələri müvafiq dərs materialları ilə təmin etmək.
- Kurs müddətində tələbələri mütəmadi məlumatlandırmaq (dərsin başlanması, qeyri-iş günlərində dərslərin keçirilməsi, imtahan tarixləri və s.).
- Hər həftə və ay sonunda hesabatlar hazırlamaq.
- Təqdimat, imtahan və müsahibə günləri üçün otaq təyin etmək, avadanlıqları istifadəyə hazır vəziyyətə gətirmək.
- Tələbələrin qiymətləndirmə prosedurlarını tamamlamaq, müəllimlərdən alınan balları hesablayaraq tələbələrin elektron poçtlarına göndərmək.
- Tələbələrlə periodik individual görüşlər keçirmək, məlumatları analiz edib baş koordinator ilə bölüşmək.
- Tələbələrin məzuniyyət və sertifikasiya proseslərini icra etmək.
- Tələbələr üçün tədbirlərin təşkilatında iştirak etmək.
- Baş koordinatorun tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi; rus və ingilis dili biliyi arzuolunandır;
- Yüksək nitq qabiliyyəti, dürüstlük, işgüzarlıq, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.
İş saatı: 12:00-21:00, bir saat nahar fasiləsi.
Son müraciət tarixi: Noyabr 12, 2024.
Vakansiya növü: Tam ştat.
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə.
Tələbə koordinatoru vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 noyabr 2024 il.
What's Your Reaction?