AccessBank vakansiya: IT Business Analyst axtarılır.
AccessBank-da IT Business Analyst vakansiyası – Rəqəmsal bankçılıq sahəsində yeni funksiyaların inkişafı və mövcud sistemlərin təkmilləşdirilməsində iştirak edərək, analitik bacarıqlarınızı inkişaf etdirə və müştəri dəstəyi üzrə məsuliyyət daşıya bilərsiniz.
Əsas Vəzifələr:
- Biznes vahidləri, inkişaf etdiricilər və QA komandası ilə yeni funksiyaların hazırlanması və mövcud funksiyaların təkmilləşdirilməsi;
- Texniki tələblərin sənədləşdirilməsi, məlumatların xəritələnməsi, diaqramların və iş axınlarının hazırlanması;
- İşin həyata keçirilməsi prosesinin izlənməsi və UAT testlərinin aparılması;
- Məhsul sahibi ilə birgə hazırlanmış funksionallığın qəbul testi;
- Məhsulun istifadəyə verilməsi üçün tələblərin hazırlanması;
- İstifadəçilərə ikinci xətt dəstəyi, miqrasiya sonrası tətbiqlərdə yaranan problemlərin yoxlanılması.
Tələblər:
- Minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə analitik bacarıqlar və sənədləşmə qabiliyyəti;
- Texniki analiz zamanı detallara diqqət yetirmək bacarığı;
- Proqram təminatlarının (back-end, front-end (web və mobil)) necə işlədiyini dərindən bilmək;
- Proqram təminatı inkişafı prosesləri (SDLC), API (REST/SOAP), authentication/authorization prosesləri, SQL sorğuları, logların analizi, JSON və XML strukturlarının oxunması və başa düşülməsi barədə möhkəm bilik;
- Jira və Confluence ilə iş təcrübəsi;
- İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı.
Vakansiya kateqoriyası:
Maliyyə, Biznes və İdarəetmə
IT Business Analyst vakansiyası ilə maraqlananlar CV-lərini AccessBanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?