AQA Şirkətlər Qrupu vakansiya: Alpinist axtarılır.

Hündürlükdə fasad və şüşə təmizləmə işləri üzrə alpinist vakansiyası. AQA Şirkətlər Qrupu alpinist sertifikatı olan, məsuliyyətli və təhlükəsizlik qaydalarına riayət edən işçi axtarır.

Sep 13, 2024 - 10:20
Sep 13, 2024 - 10:23
 0
AQA Şirkətlər Qrupu vakansiya: Alpinist axtarılır.
AQA Şirkətlər Qrupu vakansiya: Alpinist axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Hündürlükdə kəndir vasitəsilə fasadların və şüşələrin təmizlənməsi;
  • Təmizlik qrafikinə əsasən, tapşırılan sahələrin təmirini və təmizliyini həyata keçirmək;
  • İş prosesində hava proqnozuna uyğun olaraq təhlükəsizlik qaydalarına əməl etmək;
  • Texniki işlər üzrə menecerə təmir zamanı istifadə olunan materiallarla bağlı məlumat vermək;
  • Hündürlükdəki iş avadanlıqlarına diqqətlə yanaşmaq, onları təmiz və işlək vəziyyətdə saxlamaq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Şirkətin standartlarına uyğun olaraq keyfiyyətli iş təqdim etmək.

Tələblər:

  • Hündürlükdə işləmə üzrə sertifikat vacibdir;
  • Təhlükəsizlik qaydalarını mükəmməl bilməlidir;
  • İntizamlı və məsuliyyətli olmalı, komanda ilə işləmə bacarığına malik olmalı;
  • Məsuliyyət, düzgünlük və dəqiqlik kimi keyfiyyətlərə malik olmalıdır.

İş Qrafiki:

  • Bazar ertəsi - Cümə: 09:00 - 18:00;
  • Şənbə: 09:00 - 13:00 (qısaldılmış iş günü).

Əmək haqqı: 845 AZN

Alpinist vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna  göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow