Aztelekom vakansiya: Mühəndis axtarılır.
Aztelekom MMC mühəndis vakansiyası elan edir. Telekommunikasiya sahəsində peşəkar təcrübənizi artırmaq və karyeranızda yeni addımlar atmaq üçün ideal fürsət.
Vəzifə tələbləri:
- Telekommunikasiya və avtomatik idarəetmə sahəsində ali təhsil;
- Əlaqədar vəzifələrdə ən azı 3 illik təcrübə;
- Azərbaycan dilində mükəmməl danışıq (rus və ingilis dili üstünlükdür);
- MS Office və Outlook proqramları ilə sərbəst işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Avadanlığın prinsipal və montaj sxemlərini bilmək və texniki xidmətin (İOD) qaydalarını tətbiq etmək;
- ATS modullarının iş prinsipini bilmək və onları test etmək;
- Şəhər və beynəlxalq rabitə şəbəkələrinin təşkilini təmin etmək;
- LOG analizlərini aparmaq və nasazlıqları aradan qaldırmaq;
- Kross və avtozal displeylərinin stansiyaya qoşulmasını bilmək və onlarla işləmək;
- Təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- Kross və təmir bürosunda işin təşkilini həyata keçirmək.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi ilə tam ştat iş;
- Dinamik iş mühiti və peşəkar inkişaf imkanları.
Mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 sentyabr 2024 il.
What's Your Reaction?