AQA Şirkətlər Qrupu vakansiya: Korporativ satış üzrə mütəxəssis.
AQA Şirkətlər Qrupu "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir. Ali təhsilli, korporativ müştərilər üzrə təcrübəyə malik mütəxəssislər axtarılır. Müraciət üçün son tarix Dekabr 3, 2024.
Korporativ Satış Üzrə Mütəxəssis Vakansiyası
Təşkilat: AQA Şirkətlər Qrupu
Ünvan: 55 Xocalı prospekti, Bakı, Azərbaycan
Vakansiya növü: Tam ştat
Son müraciət tarixi: Dekabr 3, 2024
Vəzifə Öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması;
- Rəqiblər və bazar haqqında aylıq hesabatların hazırlanması;
- Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə iş fəaliyyətini genişləndirmək;
- Aylıq iş planına uyğun müştəri ziyarətləri və satış hədəflərinə nail olmaq;
- Tədris məhsullarının texniki xarakateristikalarının mükəmməl öyrənilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması;
- Hər ayın sonunda satış planının icrası ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- Minimum 1 il korporativ müştərilər üzrə iş təcrübəsi;
- Yüksək ünsiyyət qurma və danışıq aparma qabiliyyəti;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma bacarığı;
- MS Word, Excel və Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Dəqiqlik və detallara fikir vermə məsuliyyəti;
- Komandada işləmə bacarığı, çeviklik, məsuliyyətlilik və şirkətin missiyasına sadiqlik;
- Səlist nitq qabiliyyəti;
- Yüksək satış qabiliyyəti;
- Korporativ əlaqələrin olması;
- Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı.
What's Your Reaction?