Unibank vakansiya: Kiber hücumların simulyasiyası üzrə mütəxəssis.
Unibank Kommersiya Bankı, kiber hücumların simulyasiyası üzrə mütəxəssis axtarır. Veb, mobil tətbiq və serverlərin təhlükəsizlik boşluqlarını test edərək, kiber təhlükəsizlik sahəsində peşəkar inkişaf edin.
Təsvir:
- Təşkilatın veb tətbiqlərinin və servislərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqlarının keçirilməsi.
- Mobil tətbiqlərin periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqlarının həyata keçirilməsi.
- Kompüter və serverlərin təhlükəsizlik boşluqlarına qarşı davamlı sınaqlarının keçirilməsi.
- Aşkar edilən boşluqlar haqqında bilgiləndirici reportların hazırlanması.
- Simulyasiya testlərinin periodik olaraq yerinə yetirilməsi.
- Şəbəkə və bulud cihazlarının təhlükəsizlik boşluqlarına qarşı sınaqlarının keçirilməsi.
- Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqların aşkar edilməsi.
- Simsiz və simli şəbəkələrin hücumlara qarşı sınaqdan keçirilməsi.
- Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərinin dayanıqlığının sınaqdan keçirilməsi.
Tələblər:
- Ali Təhsil (İnformasiya Texnologiyaları, Kiber Təhlükəsizlik, Kompüter Elmləri sahəsində).
- Magistr dərəcəsi üstünlük təşkil edir.
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür).
- Kibertəhlükəsizlik sahəsində minimum 1 illik iş təcrübəsi.
- "PoC exploit" tərtibatı bacarığı.
- Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. testinq alətləri ilə təcrübə biliyi.
- Tapılmış uyğunsuzluqlar və tövsiyələr barədə rəhbərliyə hesabatların verilməsi.
- Boşluqların bağlanılmasına dair nəzarət etmə qabiliyyəti.
- Qərarvermə qabiliyyəti.
- Peşəkar Sertifikatlara (OSCP, OSWP, OSEP, OSED, Comptia Security+, CEH və s.) üstünlük verilir.
- Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı.
Son müraciət tarixi: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?