AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi axtarılır.
AQA Şirkətlər Qrupu Gəncə Mall filialında "Satış məsləhətçisi" vakansiyasını elan edir. Bu vəzifə müştəri xidmətləri sahəsində fəaliyyət göstərmək, satış bacarıqlarını inkişaf etdirmək və komanda işi təcrübəsi qazanmaq imkanı təqdim edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək.
- Şirkətin korporativ geyim, yazışma, davranış və ünsiyyət qaydalarına riayət etmək, şəxsi təmizliyinə və xarici görünüşünə diqqət yetirmək.
- İşçi iclaslarında və təlimlərində iştirak etmək, fərdi və professional bilik və bacarıqlarını artırmaq.
- Müştəriləri təbəssümlə qarşılamaq və onların ehtiyaclarını öyrənmək.
- Müştəriləri məhsulu yoxlamağa ruhlandırmaq, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etmək.
- Müştərilərə ümumi kolleksiyalar və məhsullar, ödəniş metodları və xüsusi təkliflər barədə məlumat vermək.
- Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərmək.
- Müştərinin istədiyi məhsul manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin məhsulun müştəriyə satılmasını təmin etmək.
- Mağazaya məhsulu qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamaq, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərmək.
- Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almaq.
- Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa, dərhal mağaza müdirini və nəzarəçini məlumatlandırmaq.
- Mağaza müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Orta təhsil
- Satış sahəsində biliklərin olması
- Komanda ilə işləmək bacarığı
- Azərbaycan dilində səlis danışmaq (xarici dil biliklərinin olması arzuolunandır)
Vakansiya haqqında
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı: 460 - 460 AZN
- Kateqoriya: Satış və müştəri xidmətləri
Satış məsləhətçisi vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?