Seylab Su şirkəti vakansiya: Logistika Meneceri.
Bakı şəhərində Seylab Su şirkəti logistika meneceri vəzifəsi üçün vakansiya elan edir. Anbar və nəqliyyat sahəsində 5 ildən artıq təcrübəsi olan namizədlər üçün uyğun bir iş imkanı.
İş barədə məlumat
- Nəqliyyat ilə bağlı uçotun aparılması və hesabatların hazırlanması
- Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət
- Tabeçiliyində olan əməkdaşların işinin idarə edilməsi
- Sifarişlərin çatdırılması zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün müvafiq planların hazırlanması
- Sahələrlə sıx əlaqədə olmaqla sifarişlərin mütəmadi planlanması və qəbul edilməsi
- Rəhbərliyin digər tapşırıqlarının icrası
İş şəraiti
- İş rejimi: 6 günlük
- İş saatları: 08:00 - 19:00
- Əmək haqqı: 1000-1200 AZN
- Danışıq paketi və şirkət nömrəsi
- İş yeri: Azadlıq metrosunun yanında
Namizədə tələblər
- Anbar və nəqliyyat sahəsində 5 ildən artıq təcrübə
- Yüksək idarəçilik və ünsiyyət qabiliyyəti
- Araşdırma və analiz bacarığı
- MS Office proqramları ilə işləmə bacarığı
- Komanda ilə işləmə qabiliyyəti
- Gərgin iş tempinə uyğunlaşma
- Yaradıcı və innovativ yanaşma
- Planlaşdırma və problem həll etmə bacarığı
Müraciət forması
Uyğun namizədlərdən CV-lərini "Logistika meneceri" başlığı ilə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
What's Your Reaction?