LANDAU School vakansiya: Satış üzrə mütəxəssis axtarılır.
LANDAU School, satış üzrə mütəxəssis axtarır. Zəng vasitəsi ilə satış, müştəri əlaqələrinin qurulması, və sənəd yığımı kimi vəzifələr üçün ali təhsilli, 2 illik təcrübəyə malik namizədlər dəvət olunur.
Vakansiya Elanı:
Vəzifə: Satış üzrə mütəxəssis
Şirkət: LANDAU School
Yer: Bakı, Azərbaycan
İş Növü: Tam ştat
Müraciət Tarixi: Bu gün
Təsvir:
- Zəng vasitəsi ilə satışın həyata keçirilməsi;
- Yeni müştərilərin cəlb olunması;
- Müştəri ilə ünsiyyətin qurulması;
- Qəbul edilmiş şagirdlərin sənədlərinin yığılması;
- Ödənişlərə nəzarət edilməsi;
- Şagirdlər üçün şəxsi işlərin yaradılması və onların qeydiyyatı;
- Çıxarılan şagirdlərin qeydiyyatı;
- Sorğu əsasında şagirdlərə arayışların yazılması və təqdim edilməsi;
- Birbaşa rəhbəri tərəfindən təsdiq edilmiş hesabatların vaxtında hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Satış bacarığı və müştəri yönümlülük;
- Səlis Rus və Azərbaycan dilləri biliyi;
- İngilis dili biliyi arzuolunandır;
- Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Detallara diqqət və nəticə yönümlülük;
- Vaxtın idarə edilməsi bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00 / 09:00 - 18:00;
- İş yeri: Bayıl (servis mövcuddur);
- Könüllü tibbi sığorta;
- Peşəkar inkişaf imkanları;
- LANDAU School-da uşaqların təhsilində xüsusi endirimlər.
Satış üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Landau School-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 noyabr 2024 il.
What's Your Reaction?