AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (City Park Mall).
City Park Mall-da AQA Şirkətlər Qrupunun Music Gallery brendinə aid elektronika mağazası üçün Satış Məsləhətçisi vakansiyası elan edilir. Ali və ya orta təhsilli, azərbaycan və rus dili biliyi olan, 1 il iş təcrübəsi olan namizədlər müraciət edə bilər.
Vəzifə Öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin, rəflərin tərtibatını təmin etmək və mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək və yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə Məlumat:
- İş qrafiki: 6 günlük, növbəli;
- Vakansiya növü: Tam ştat;
- Son müraciət tarixi: Sentyabr 29, 2024;
Satış məsləhətçisi (City Park Mall) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?