AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Caspian Plaza).
AQA Şirkətlər Qrupunun Music Gallery brendinə aid Caspian Plaza filialı üçün satış məsləhətçisi vakansiyası elan olunur.
Vəzifə Öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək.
- Vitrinlərin, rəflərin tərtibatını və mal təminatını izləmək.
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək.
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək və yeni müştərilər qazanmaq.
- Qoyulmuş satış hədəflərinə çatmaq.
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil.
- Sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi.
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı.
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə Məlumat:
- İş qrafiki: 6 günlük, növbəli
- Son müraciət tarixi: Sentyabr 29, 2024
- Paylaşım tarixi: Sentyabr 18, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Satış və müştəri xidmətləri
Satış məsləhətçisi (Caspian Plaza) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?