AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Gəncə filialı).
AQA Şirkətlər Qrupu Gəncə filialı üçün satış məsləhətçisi axtarır. Elektronika mağazasında işləmək istəyən, satış sahəsində təcrübəsi olan və müştəri xidmətinə diqqət yetirən şəxslər müraciət edə bilər.
Vəzifə Öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurları, o cümlədən kampaniyaları öyrənmək və tətbiq etmək.
- Mağaza vitrininin və rəflərinin tərtibatını hazırlamaq, mal təminatını izləmək.
- Müştəriləri mağazada qarşılayaraq, onların tələblərini öyrənmək və məhsullar haqqında ətraflı məlumat vermək.
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq.
- Şirkətin qoyduğu satış hədəflərinə çatmaq.
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və öyrənilən tədris materiallarını tətbiq etmək.
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil.
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi.
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi.
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmək bacarığı.
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə Məlumat:
- İş qrafiki: 6 günlük növbəli iş qrafiki.
- Müraciət tarixi: Noyabr 29, 2024.
- Vakansiya növü: Tam ştat.
What's Your Reaction?