AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (İnqilab).
AQA Şirkətlər Qrupu, Music Gallery brendi üçün İnqilab filialında Satış Məsləhətçisi vakansiyası elan edir. Aktiv, məsuliyyətli və müştəri yönümlü şəxslər müraciət edə bilər. 6 günlük iş qrafiki və yüksək inkişaf imkanları. Müraciət üçün son tarix 4 dekabr 2024.
Vəzifə Öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin və rəflərin tərtibatını hazırlamaq, mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılayaraq, onların tələbatını öyrənmək və mallar haqqında ətraflı, düzgün məlumat vermək;
- Mövcud müştərilərlə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə Məlumat:
- 6 günlük iş qrafiki (növbəli).
- Vakansiya son müraciət tarixi: 4 dekabr 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Satış və müştəri xidmətləri.
What's Your Reaction?