MKT İstehsalat Kommersiya vakansiya: Sürücü (Beyləqan İFT).
Beyləqanda MKT İK MMC sürücü vakansiyası elan edir. Orta təhsil və 1 illik təcrübəyə sahib namizədləri dəvət edirik. Avtomobil idarəetmə, texniki biliklər və təhlükəsizlik qaydaları üzrə biliklər tələb olunur.
Təsvir:
Sürücü olaraq işə qəbul ediləcək şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
- Avtomobilləri yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurmaq.
- Avtomobilin texniki vəziyyətini yoxlamaq, əraziyə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşını təhvil vermək və ona ayrılmış yerə qoymaq.
- İş zamanı qarşıya çıxan, mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq.
- Avtomobilin vaxtaşırı servislərdə texniki vəziyyətini yoxlamaq.
- Ehtiyac yaranan zaman aqronomlar, anabardarlar və digər filial əməkdaşları əraziyə, digər filiallara aparmaq.
- Filial rəhbərinin digər göstərişlərini yerinə yetirmək.
Tələblər:
- Təhsil: Orta təhsil
- Təcrübə: 1 il
- Dil Bilikləri: Azərbaycan dili
- Texniki Biliklər:
- Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini bilməli.
- Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilmək.
- Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilmək.
- Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını bilməli.
- Avtomobilin idarə olunması zamanı onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu bilməli.
- Fiziki cəhətdən sağlam olmalı.
Son tarix:
Noyabr 20, 2024
Vakansiya növü:
Tam ştat
Kateqoriya:
Sənaye və Kənd Təsərrüfatı
What's Your Reaction?