AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (İnşaatçılar filialı).
AQA Şirkətlər Qrupu İnşaatçılar filialında "Satış məsləhətçisi" vakansiyası üçün müraciətləri qəbul edir. Ali və ya orta təhsili olan, satış sahəsində minimum 1 il iş təcrübəsi olan, ünsiyyət qabiliyyəti yüksək olan namizədləri komandamıza dəvət edirik.
akansiya Təsviri:
AQA Şirkətlər Qrupu-nun Music Gallery brendinə aid elektronika mağazası İnşaatçılar filialında "Satış məsləhətçisi" vakansiyası açılmışdır. Bu vəzifə üzrə namizədlərdən gözlənilən öhdəliklər aşağıdakılardır:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək.
- Vitrinlərin və rəflərin tərtibatını hazırlamaq, mal təminatını izləmək.
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək.
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq.
- Qoyulmuş satış hədəflərinə çatmaq.
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək.
Tələblər:
- Ali və ya orta təhsil.
- Sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Yüksək səviyyədə azərbaycan dili; rus dili üstünlükdür.
- Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı.
- Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı.
Əlavə Məlumat:
- İş qrafiki: 6 günlük (növbəli).
- Son müraciət tarixi: Oktyabr 23, 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Satış və müştəri xidmətləri.
Satış məsləhətçisi (İnşaatçılar filialı) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.
What's Your Reaction?