AQA Şirkətlər Qrupu vakansiya: Satış məsləhətçisi (Sumqayıt filialı).
AQA Şirkətlər Qrupu, Sumqayıt filialında Satış Məsləhətçisi vakansiyası elan edir. 18-35 yaş arası, orta və ali təhsilli şəxsləri müştəri xidməti sahəsində karyera qurmağa dəvət edir.
Vəzifə Öhdəlikləri:
- Şirkətin prosedurlarına, qaydalarına və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək.
- Korporativ geyim, yazışma, davranış və ünsiyyət qaydalarına riayət edərək şəxsi təmizliyinə və xarici görünüşünə diqqət yetirmək.
- İşçi iclasları və təlimlərdə iştirak edərək fərdi və professional bilikləri artırmaq.
- Müştərilərlə dostcasına və pozitiv ünsiyyət quraraq nümunəvi davranış nümayiş etdirmək.
- Müştəriləri təbəssümlə qarşılayaraq onların ehtiyaclarını öyrənmək və brendin imicinə uyğun xidmət göstərmək.
- Müştəriləri malı yoxlamağa ruhlandırmaq və əlavə satış üçün əlverişli kombinasiya təklif etmək.
- Ümumi kolleksiyalar, məhsullar, ödəniş metodları və xüsusi təkliflər barədə müştərilərə məlumat vermək.
- Müştərilərlə bir vaxtda bir neçə iş görmək və müştəriyə lazımi malların satışını təmin etmək.
- Mağazaya malı qaytarmaq və ya dəyişmək üçün gələn müştəriyə köməklik göstərmək.
- Mağazanın satış hədəfləri barədə məlumat alaraq öz satış hədəflərinə nail olmaq.
- Mağaza ərazisində təhlükəsizlik məsələlərini izləyərək müvafiq şəxsləri məlumatlandırmaq.
- Mağaza müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Təhsil: Orta və ali təhsil
- Yaş həddi: 18-35 yaş aralığı
- İş rejimi: 6 günlük (növbəli)
- İş saatı: Gündə 8 saatdan çox olmayaraq
Əmək Haqqı:
- 460 AZN (net) + Bonus
Müraciət Üçün Son Tarix:
- Oktyabr 30, 2024
Satış məsləhətçisi (Sumqayıt filialı) vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?