AQA Şirkətlər Qrupu vakansiya: Xəzinədar axtarılır.
AQA Şirkətlər Qrupu "Neftçilər" filialında "Xəzinədar" vakansiyasını elan edir. Müştəri ödənişlərinin idarə edilməsi, kassa və mühasibat işləri ilə maraqlanacaq "Xəzinədar" axtarılır.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanması və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək;
- Ödəniş terminalında gün sonu X-Z əməliyyatlarının aparılması.
Tələblər:
- Təhsil: Orta və ya ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Ofis proqramlarında işləmək bacarığı;
- Kassa proqramları, POS qurğuları və s. istifadə bacarığı;
- Xarici dil biliyi arzuolunandır.
Əlavə Məlumat:
- İş qrafiki: 6 günlük (növbəli);
- Son müraciət tarixi: Sentyabr 29, 2024;
- Vakansiya növü: Tam ştat;
- Əmək haqqı: 600 - 600 AZN;
Xəzinədar vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?