Araz market vakansiya: Biznesə nəzarət üzrə mütəxəssis.
Araz Supermarketlər Şəbəkəsi "Biznesə nəzarət üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir. Ali təhsilli və analitik bacarıqlara malik mütəxəssis axtarılır.
Öhdəliklər
- Məlumat bazasını şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və rəhbərliyə davamlı hesabatlar vermək.
- Biznes komandası ilə əməkdaşlıq edərək trendləri müəyyən etmək və performansı davamlı olaraq inkişaf etdirmək.
- Biznes hesabatları və data ehtiyaclarını prioritetləşdirmək üçün rəhbərliklə işləmək.
- Analitik modellərin qurulmasında vacib olan dataları daxil etmək üçün datanın toplanması və təmizlənməsi.
- Biznes analitikası vasitələrindən (Power BI & Excel) istifadə edərək hesabatların avtomatlaşdırılması və vizuallaşdırılması.
- Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək.
- Birbaşa rəhbəri tərəfindən verilən digər vəzifələri yerinə yetirmək bacarığı və istəyi.
- Biznesə uyğun olaraq segment üzrə PnL (Mənfəət-zərər) hesabatının hazırlanması və təhlillərin aparılması.
Tələblər
- Ali təhsil.
- İş təcrübəsi – 2 il.
- Excel – yüksək səviyyədə.
- Güclü analitik düşünmə qabiliyyəti.
- Nəticəyönümlü.
- Güclü kommunikasiya bacarığı.
- Komandada işləmə bacarığı.
- Beynəlxalq sertifikatların olması üstünlükdür.
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərin. Son müraciyət 9 oktyabr 2024 il.
What's Your Reaction?