Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Ələt və Sumqayıt).

Azərbaycan Dəmir Yolları Bakı şəhərində, Ələt və Sumqayıt bölgələrində teplovoz maşinist köməkçisi vəzifəsi üçün vakansiya elan edir. İşə qəbul üçün müvafiq peşə təhsili və teplovoz maşinist köməkçisi vəsiqəsi tələb olunur.

Sep 17, 2024 - 12:57
Sep 17, 2024 - 13:01
 0
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Ələt və Sumqayıt).
Azərbaycan Dəmir Yolları vakansiya: Teplovoz maşinist köməkçisi (Ələt və Sumqayıt).

Təsvir

  • Lokomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək.
  • Teplovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyi, peşə ustalığı və ixtisasını artırmaq.
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq.
  • Teplovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək.
  • Teplovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
  • Teplovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq, nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırmaq üçün lazımı tədbirlər görmək.
  • Teplovoz dayanarkən ekipaj hissələrinin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək, teplovozda olan təhlükəsizlik qurğularının işinə nəzarət etmək.
  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (teplovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək.
  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin olunmuş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq.
  • Maşinist teplovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (teplovozu) dayandırmaq, onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək.

Tələblər

  • Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə)
  • Vəsiqə tələbi: Teplovoz maşinist köməkçisi vəsiqəsi
  • Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ)
  • Azərbaycan dəmir yollarının işarəvermə təlimatı
  • Qatarların hərəkəti və manevr işinə dair təlimat
  • Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat
  • Diqqətlilik, mühitə uyğunlaşma, peşəkar ehtiyatlılıq, problem həlletmə, aktiv dinlənmə.

Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Teplovoz maşinist köməkçisi (Ələt və Sumqayıt)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 27 oktyabr 2024.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow